30 Sentyabr 2020 17:17
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-dən bu günə qədər 650 min şagirdi əyani təhsilə cəlb etmişik.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:

"Növbəti mərhələdə isə 700 min şagirdi əyani təhsilə cəlb etməyi planlayırıq. Hazırkı vəziyyət mart-aprel ayları ilə müqayisədə çox yaxşıdır.

Yenə qeyd edirəm, gündəlik gigiyena qaydalarına, karantin tələblərinə əməl etmək mütləqdir. Bir nəfərin virusa yoluxub, sinfə gəlməsi, xeyli insanla təmas deməkdir. Ümid edirəm ki, ölkəmiz bütün çətinliklərdən uğurla çıxacaq".


Müəllif: Aysel Azad