Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 41 519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1 785 nəfərdir.
Ölkədə son sutka ərzində 5 124, hazırkı dövrədək isə 1 162 062 test aparılıb.