15 Oktyabr 2020 01:16
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Lalə Məmmədova məşhur türk yazıçısı Əlif Şəfəqin azərbaycanlılardan üzr istəməsini xahiş edib.

Teleqraf.com xəbər verir ki, Lalə Məmmədova sosial şəbəkədə bu sözləri yazıb:

“Təəssüflə qeyd etməliyəm ki, tarix boyu bizi qarşımızda mərdliklə döyüşdüyümüz düşməndən çox sapı özümüzdən olan baltalar incidib. Bu paylaşımınızdan sonra sizin bilik və informasiyanıza şübhələrimlə yanaşı türkçülük və humanizm hisləriniz də darmadağın oldu. Deməli, içinizdən sülh göyərçini olmaq keçdi? Biz də sülh istəyirik, ancaq öz torpaqlarımızda!

30 ildir sülh deyə-deyə gözlədik. O şəklini paylaşdığınız erməninin ayağını qoyduğu yerdə mənim xalqımın şəhidinin qanı və ahı var! Deyirsiz, biz kilsələri partladırıq? Gözlərinizi açın, şəkillərə yaxşı-yaxşı baxın! Görün erməni mənim işğal altında olan torpaqlarımdakı məscidləri nə günə qoyub!

Qadın, get tarix oxu! Əgər vicdan və ləyaqətin varsa, üzr istə, Bir millət, iki dövlətdən!”.

Qeyd edək ki, Əlif Şəfəq “Tvitter” hesabından Ermənistana dəstək məqsədli paylaşım edib.

O, erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşıb və HDP-nin erməni əsilli deputatına təşəkkür edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər