"Nəhayət, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdur".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov özünün rəsmi Feysbuk səhifəsində yazıb.
Zəngilandan olan 35 yaşlı qrossmeyster paylaşımında qeyd edib: "Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"