23 Oktyabr 2020 17:56
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

04, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 25 nəfər həlak olmuş, 139 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan məlumat verilib. Məlumatda bildirilir ki, erməni təxribatları nəticəsində Goranboy üzrə 7 nəfər həlak olub, 10 nəfər yaralanıb.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olub. Tərtər üzrə 16 nəfər həlak olub, 50 nəfər yaralanıb. Yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Bundan başqa, Bərdə üzrə 2 nəfər həlak olub, 12 nəfər yaralanıb, Beyləqan üzrə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanıb, Ağcabədi üzrə 1 nəfər həlak olub, 19 nəfər yaralanıb, Füzuli üzrə 3 nəfər həlak olmuş, 17 nəfər yaralanmış, Ağdam üzrə 7 nəfər həlak olmuş, 40 nəfər yaralanıb ki, yaralanmış şəxslərdən biri KİV nümayəndəsidir.

Həmçinin ermənilərin təxribatları zamanı Mingəçevir üzrə 5 nəfər, Daşkəsən üzrə 1 nəfər, Cəbrayıl üzrə 1 nəfər, Xocalı üzrə 1 nəfər, Qəbələ üzrə 1 nəfər yaralanıb.

Ümumilikdə 27 sentyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il, saat 17:00-dək erməni təcavüzü nəticəsində 63 nəfər həlak olub, 298 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər