28 Oktyabr 2020 16:19
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 405 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 319 min 474 test aparılıb. Bugünkü test sayı isə 11 426-dır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər