31 Oktyabr 2020 00:59
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə monitorinqlərı davam etdirir.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Nazirliyin sahibkarlıq subyektlərində keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Azər Şükürova məxsus ərzaq mağazasında, Samir Ağalarova məxsus ticarət obyektində, Suraxanı rayonunda Şakir Abbasova məxsus tikinti materialları mağazasında, Cəbrayıl Mislimova məxsus xidmət obyektində, Səbail rayonunda “İnteqral” QSC-yə məxsus mağazada, Ruslan Aşurova məxsus ərzaq mağazasında, Nərimanov rayonunda “Kontinental supermarket”də, “Oksigen yeni tibb mərkəzi”ndə, Nəsimi rayonunda "ASAA-U" MMC-yə məxsus “Oboy mağazası”nda, Asiman Muxtarova məxsus “Market”də, Nəsimi rayonunda “Market FR5”də, “Spar supermarket”də, Xətai rayonunda “Bizim inşaat” mağazasında, “Nino cake” mağazasında, Rəşad Hüseynova, Samir Seyfullayevə məxsus pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Netto market”də, “Dəvəli” ticarət obyektində, Sabunçu rayonunda “Brend ucuzluq” mağazasında, “Baku store” pərakəndə ticarət obyektində, Nizami rayonunda “Euromax avtoservis avadanlıqları mağazası”nda, “Araz supermarket”də, Qaradağ rayonunda Aydın Məmmədova, Mirşahin Babayevə məxsus ərzaq mağazalarında, Xəzər rayonunda Sevinc Orucovaya məxsus “Market”də, Ziya Rəhimova məxsus “Tikinti materiallarının satışı” mağazasında, Gəncə şəhərində “Mehman market”də, Zahir Vəliyevə, Nərmin Hacıyevaya məxsus mağazalarda, Sumqayıt şəhərində “Ağababa market”də, Zahid Qasımova məxsus “Uşaq geyimləri mağazası”nda, Bahadur Qəhrəmanova məxsus ehtiyat hissələri mağazası”nda, Abşeron rayonunda Ehtiram Kişiyevə, Məhəmmədəli Həsənova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda "Eleqant pərdə mağazası”nda, Yeganə Abazovaya məxsus pərakəndə ticarət obyektində, Lənkəran rayonunda Zakir Əkbərova, Pərvanə Əliyevaya, Ramil Musayevə məxsus mağazalarda, Cəlilabad rayonunda Etibar Təhməzliyə məxsus pərakəndə ticarət obyektində, Mahir İmanova məxsus tikinti materialları mağazasında, Şəki rayonunda “Modern geyim mağazası”nda, Lətif Məmmədova məxsus ərzaq mağazasında, Şəmkir rayonunda Orxan Əliyevə, Əflatun Qarayevə məxsus pərakəndə ticarət obyektlərində, Quba rayonunda Fərhad Qubatova, Əsədulla Mursəliyevə, Zülfi Əsədullayevə məxsus mağazalarda, ümumilikdə, 79 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Qeyd edək ki, nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər