17 Oktyabr 2014 14:05
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində təsis edilmiş "Yüksək Texnologiyalar Parkı - YT Park" Məhdud Məsuliyyətli Cəmiyyəti Pirallahı adasında inşa ediləcək “Yüksək Texnologiyalar Parkı”nın baş planı, dizayn, layihələndirmə və şərtlər toplusu sənədlərində (bundan sonra "ŞT Sənədləri") təsvir edilmiş təlimat və qaydalara riayət etməklə tender təkliflərinizi təqdim etməyə dəvət edir.

Teleqraf.com xəbər verir ki, Tender Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 129E (AZ1010) ünvanında 10 dekabr 2014-cü il tarixində Bakı vaxtı ilə saat 16:00-da Tender Komissiyası tərəfindən keçiriləcəkdir.

İddiaçılar Tender Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

Tender təklifi;

İddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyətini əks etdirən bank arayışı;

İddiaçının son üç il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövrü üzrə) xüsusiyyətinə və həcminə uyğun analoji işlər üzrə təcrübəsi;

İddiaçının hüquqi statusunu təsdiq edən sənədlərin notarial qaydada (zəruri olduqda Apostillə) təsdiq edilmiş nüsxələri (nizamnamə, qeydiyyat şəhadətnaməsi və s.);

İddiaçılar malgöndərən (podratçı) haqqında tələb olunan sənədləri 21 noyabr 2014-cü il saat 17:00-dan gec olmamaq şərti ilə, öz tender təkliflərini isə 5 dekabr 2014-cü il 17:00-dan gec olmamaq şərti ilə aşağıdakı ünvana təqdim etməlidirlər:

Bakı şəhəri, Nizami küçəsi 129E, 3-cü mərtəbə. AZ 1010
“Yüksək Texnologiyalar Parkı – YT Park” MMC
Tel.: (994 12) 310-14-00

Gecikmiş tender təklifləri Tender Komissiyası tərəfindən qəbul edilmir və açılmadan geri qaytarılır. Tender Komissiyası gecikmiş tender təklifləri üzrə heç bir məsuliyyət daşımır.

Tender təklifi İddiaçı tərəfindən imzalanmalı, möhürlənməli, 1 (bir) əsli və 1 (bir) sürəti olmaqla 2 (iki) nüsxədə ikiqat zərfin içinə qoyulmalıdır. Zərfin üzərində aşağıdakı qeyd yazılmalıdır:
10 dekabr 2014-cü il saat 16:00-dək açılmamalıdır".

Bütün İddiaçılar tenderin əsas şərtlər toplusunu yuxarıda qeyd edilən ünvandan əldə edə bilərlər.

İddiaçılar Əsas şərtlər toplusunu və İştirakçı statusunu almaq üçün 2000 (iki min) manat iştirak haqqını aşağıda göstərilən bank hesabına ödəməlidirlər:

Ünvan: Bakı şəh. Nizami küç. 129E. AF “Business House” 3 mərtəbə
Telefon: +994 12 310 14 00
Faks: +994 12 493 41 00
Email: [email protected]
Hesab No-si: AZ34AZP091015461400420200279
VÖEN: 1303235241
Bank :
Adı : ”Azərpoçt” MMC PF1
Kodu: 691011
VÖEN: 9900037711
Müxbir hesab: AZ76NABZ01350100000000094944
S.W.I.F.T. AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər