5 Noyabr 2020 18:10
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2019-cu il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə qeydiyyatda 32921 (+1489) nəfər narkotik istifadəçisi var.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Teleqraf.com-a verilən məlumata görə, onlardan 27574 nəfəri dispanser, 5347 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 641 nəfəri qadın, 249 nəfəri toksikoman, 22871 nəfəri (512 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir.

Hesabat dövründə Publik Hüquqi Şəxsin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 24499 nəfər keçirilib. Onlardan 4283 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 2570 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülüb.

Ötən 9 ay ərzində Publik Hüquqi Şəxsin Metadonla əvəzedici terapiya proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 370, Respublika Narkoloji Mərkəzində - 174, Sumqayıt şəhər Narkoloji Dispanserində-84) 628 nəfər xəstə müalicə alır.

Bu ilin 9 ayı ərzində 2701 nəfər Publik Hüquqi Şəxsin Ambulator məcburi narkoloji tibbi yoxlamadan keçib ki, onlardan 1816 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər