17 Noyabr 2020 12:22
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 44,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel çoxdur.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 43,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər