19 Noyabr 2020 14:34
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir ki, ayrı-ayrı regionlarda lokal sərtləşmələr tətbiq edirdik. Lakin bu, istədiyimiz nəticəni vermir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentnin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Bunun əsas səbəbi vətəndaşların kütləvi toplaşması və maskadan istifadə etməməsidir. Belə məkanlarda gənclərlə yanaşı, yaşlı insanların da iştirakı xəstə sayının artmasına səbəb olur. Kütləvi toplaşmaq olmaz. Bu gün ciddi şəkildə ailədaxili yoluxmalar artıb. Gənclər ev şəraitində müalicə olunurlarsa, yaşlılar hətta intensiv terapiya şöbəsinə yerləşdirilirlər".

Onun sözlərinə görə, bu gün tətbiqinə başlana biləcək peyvənd yoxdur: "Peyvənd gələn ilin aprel ayına gözlənilir. Biz bu qışı əks-epidemik tədbirlərə riayət edərək keçirməliyik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər