Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Abdullayev koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, onun COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
Hazırda V.Abdullayev rəhbərlik etdiyi xəstəxanada müalicə olunur.
Qeyd edək ki, V.Abdullayev koronavirus xəstələrinin müalicəsində aktiv fəaliyyət göstərən həkimlərdəndir. O eyni zamanda İkinci Qarabağ müharibəsində yaralı hərbçilərimizin müalicəsi üçün arxa cəbhədə fəal olub.