27 Dekabr 2020 13:17
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonu, Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qəhrəmanlarımızdan biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hazırda da hərbi xidmətini davam etdirir.

Vüsalgilin ailəsi 3 nəfərdən ibarətdir: özü, anası və qardaşı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları əsgərin anası və qardaşı ilə görüşüb, ailənin yaşayış vəziyyətini öyrəniblər.

Vüsalın anası evdar qadındır və işləmək istəmir. Qardaşı 21 yaşlı Röyal isə anasını evdə tək qoyub işə çıxmaq istəməsə də, iribuynuzlu heyvandarlıq üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Onun istəyi nəzərə alınaraq qeydiyyatı aparılıb və özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə ailə üçün heyvandarlıq təsərrüfatı qurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər