14 Yanvar 2021 20:13
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, artıq İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: “Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər