19 Yanvar 2021 10:32
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Azərbaycan 13,74 milyard dollar məbləğində məhsul ixrac edib. Bu, 2019-cu illə müqayisədə 30 faiz azdır.

Teleqraf.com bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

İxracda dövlət sektorunun payı 6,84 milyard dollar və ya 49,78 faiz, özəl sektorun payı 6,84 milyard və ya 49,77 faiz təşkil edib. İxracda fiziki şəxslərin payına 61,5 miyon dollar düşüb.

Ötən il Azərbaycan 3 045 adda məhsul ixrac edib, 7 515 adda məhsul idxal olunub, 183 tərədaş ölkə ilə ticarət əməliyyatları keçirilib.

2020-ci ildə Azərbaycan daha çox neft və neft məhsulları, elektrik enerjisi, meyvə və tərəvəz, eləcə də kimya sənayesi məhsulları ixrac edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər