AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin ötən gün keçirilən iclasında qərar qəbul olunub.
Bundan başqa, Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Hökmən Mahmudov, baş mühasib Şəfa Qasımzadə, kadrlar İdarəsinin rəisi Lətifə Qocayevanın da vəzifələrindən azad olunduğu bildirilir.
İnstitutun idarəçiliyi muvəqqəti olaraq AMEA-nın Akademik katibi Adil Qəribova tapşırılıb.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə yaradılmış Komissiya Radiasiya Problemləri İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə bu il yanvarın 7-12-də yoxlama aparıb.