28 Yanvar 2021 10:35
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni quraşdırılan mexaniki elektron tipli sayğaclar sadəcə mexaniki sayğaclar kimi fəaliyyət göstərməyəcək. Bu sayğaclarda əlavə xüsusi qurğular quraşdırılır ki, bu qurğu vasitəsilə sərfiyyat kənardan görünəcək, klapan vasitəsilə borclu abonentlərin qazı mərkəzdən açılıb bağlanacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Trend-ə müsahibəsində deyib.

Baş direktorun sözlərinə görə, həmin sayğaclar onlayn rejimdə işləyəcək: "Biz hər hansı bir ərazidə, hər hansı bir binada köhnə smart tipli sayğaclarda sərfiyyatı görə bilmirdik. Abonent qaz yükləyib istifadə etməyincə biz onun sərf etdiyi qazı müəyyən edə bilmirdik. Biz xüsusi balansımızı həyata keçirə və aylıq itkiləri, ərazidən yığım səviyyəsini hesablaya bilmirdik. Amma indi quraşdırılan sayğaclar onlayn rejimdə olduğu üçün bu prosesə nəzaqrət etmək mümkün olacaq".

Sayğacların artıq pul yazmasına gəlincə, baş direktor deyib ki, “Azəriqaz” İstehsalat Birliyi olaraq abonentlərin hər birinin şikayətlərini araşdırmağa borclu və hazırıq:

"Hazırda müraciətlər əsasən qaz sərfiyyatının çox olması və vətəndaşların artıq pul ödəməsi ilə bağlıdır. Bu müraciətlər əsasən noyabr-dekabr aylarında qaz sərfiyyatının çoxluğu ilə bağlıdır.

Bilirsiniz ki, hazırda qazın bir kubmetri 20 qəpikdir. Cənab Prezidentin vətəndaşlara olan dəstəyi nəticəsində əhali abonentinə xüsusi limit verilib. Əhali abonerntində 2200 kubmetr qaz sərfiyyatı üçün qazın bir kubmetri 10 qəpikdən hesablanır. 2200 kubmetrdən sonra hər kubmetrə görə əhali üçün bir kubmetr 20 qəpikdən hesablanır".

Ruslan Əliyev qurumun əvvəlki sayğaclardan imtina etmədiyini deyib: "Əgər kimsə müraciət etsə ki, onun evinə əvvəldən ödəniş (Smart) sayğacı quraşdırılsın, onun xahişi nəzərə alınacaq və abonentə yeni Smart sayğac quraşdırılacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər