Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ABŞ, Avstraliya, Almaniya, Yaponiya, İngiltərə, Rusiya, Hollandiya, Qətər ve Viyetnamdan olan mütəxəssis qrupu 14 yanvarda virusun mənşəyini araşdırmaq üçün Çinin Uhan şəhərinə yollanıb.
Teleqraf.com xəbər verir ki, tədqiqat üçün gedən qrup bu gün koronavirusun aşkarlandığı bazara gedib.
Bazarın ətrafı bağlı olsa da, tədqiqat qrupu gəlməzdən əvvəl çəpərlər endirilib. Lakin daha sonar yenidən bazarın qapıları bağlanıb. Bu bazarda yüzlərlə canlı heyvan satılır. İddia olunurdu ki, virus bazarda satılan heyvanlardan yayılıb.
Qeyd edək ki, COVID-19 virusu ilk dəfə Çinin Uhan vilaytində bu bazardan alış-veriş edən şəxsə aşkarlanıb. Həmin şəxs boğulma şikayəti ilə 17 noyabrda xəstəxanaya müraciət etmişdi.