23 Fevral 2021 00:26
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

Teleqraf.com-un məlumatına görə, inanca əsasən, su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.

Qeyd edək ki, Od çərşənbəsi martın 2-də, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si saat 13:37:00-da daxil olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər