24 Fevral 2021 11:40
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarlı hava şəraiti ilə bağlı Ağsu dolaylarında vəziyyət çətinləşib.

Teleqraf.com-un məlumatına görə, gecə saatlarından yağan güclü qar yolun buz bağlamasına səbəb olub.

Nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolayları ilə hərəkət tam dayandırılıb.

Hazırda avtomobillər Şamaxı rayonundan Muğanlı-İsmayıllı yoluna yönləndirilib.


Müəllif: Teleqraf.com