6 Mart 2021 11:28
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) müəyyən struktur təkmilləşdirilmələri aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev məlumat verib.

O qeyd edib ki, ADPU-nun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilərək “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinə birləşdirilib və yeni yaradılan şöbə “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi adlandırılıb.

Yeni təşkil edilən “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsinin yeni struktur və əsasnaməsi də təsdiqlənib.


Müəllif: Teleqraf.com