29 Mart 2021 15:23
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel yerli mediaya müsahibəsində yeni pandemiyanın başlayacağını anons edib.

Teleqraf.com xəbər verir ki, Merkel yeni virusun daha öldürücü olduğunu bildirib.

Almaniya prezidentinin sözlərinə görə, üçüncü dalğa ilə mübarizə aparmaq üçün sərt karantin tədbirləri tətbiq olunmalıdır.

“Regionlarda təbliğat aparmalıyıq. Yoluxma sayının yüksək olduğu əyalətlərdə sərt karantin tədbirləri, lazım gələrsə küçəyəçıxma qadağası tətbiq olunmalıdır. İnsanlar arasında təmasları azaltmaq vacibdir. Paralel olaraq məktəblər və iş yerlərində sürətli testlərin tətbiqi başlanmalıdır. Mümkün olduğu qədər evdən iş rejiminə keçid etməliyik. Unutmayaq ki, bu virus daha yoluxucu və ölümcüldür”,- deyə Merkel qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər