22 Aprel 2021 20:58
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gördüklərimiz və hadisələrə baxaraq qiymət verdiyimiz faktlar odur ki, yaşananlar müharibə cinayətidir. Əsas məqsədimiz baş verənləri tam öyrənmək, müfəssəl şəkildə araşdırma aparmaqdır."

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata əsasən bu fikirləri Gəncə şəhərində səfərdə olan fransalı hüquqşünas Yassine Yakouti bildirib.

"Bundan sonra Ermənistanın əməllərinə hüquqi qiymət veriləcək. Bu araşdırmaları aparmaq üçün daha bir neçə gün buradayıq. Gəncə həqiqətən müharibə ərazisindən uzaq olan şəhərdir. Belə olan halda niyə mülki vətəndaşlar hədəfə alınıb. Amma bir faktı əminliklə deyə bilərəm ki, gördüklərimiz müharibə cinayətidir. Bu cinayətlər beynəlxalq səviyyəyə çıxarılmalıdır", - deyə hüquqşünas sözlərinə əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər