30 Oktyabr 2014 17:12
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi Ağcabədi rayon Təhsil Şöbəsi ilə birgə Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının baza prinsiplərinin təbliği məqsədilə silsiləli tədbirlərə başlayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Ağcabədi rayonunda həyata keçirilən tədbirlər çərçivəsində müəllim heyətinə kurikulumların inkişafı istiqamətində xarici ölkələrin müsbət təcrübəsi və metodologiyası tədris olunur.

Xatırladaq ki, cari ildən etibarən Mərkəz Təhsil Strategiyasının müvafiq istiqamətinə uyğun olaraq, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional mərkəzlərin yaradılmasına başlayıb. Belə ki, Mərkəzin nəzdində yaradılan və fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi şagirdlərin keyfiyyətli və əhatəli təhsil alması üçün formal və qeyri-formal təhsil prosesini həyata keçirəcək.

Qeyd edək ki, keçirilən tədbirlərdə İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin Ağcabədi rayonunda yerləşən 61 orta ümumtəhsil məktəbində bölmələrinin yaradılması və onlar vasitəsilə Təhsil Strategiyasının uğurla həyata keçirilməsinə dəstək verilməsi baərdə razılığa gəlinib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər