9 May 17:13

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 625 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 005 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 681 719 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com