Pənahəli xanın qurduğu Şuşa Azərbaycanın müasir dövrdəki ən böyük sərkərdəsi, Ali Baş Komandanı İlham Əliyevin sayəsində azad olundu. Şuşa artıq həm də Qələbəmizin paytaxtıdır.
Bunu Teleqraf.com-a Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, millət vəkili Zahid Oruc deyib.
O qeyd edib ki, bu günlərdə Şuşada bayramdır, onun sədası bütün dünyaya yayılır:
“Amma əlbəttə, Azərbaycan Ordusunun Şuşanın qala divarları qədər labirint, keçilməz sədləri fəth edən bir adəti var. Missiya isə davam edir. Bu gün Şuşa, sabah Zəngəzur...”.