16 May 14:46
325

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Qeyd edək ki, imtahan prosesi veb formatda canlı yayımlanıb.


Müəllif: Teleqraf.com