16 May 2021 21:13
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti üzərinə düşən vəzifələri çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, xidmətin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Goranboy şəhər 1 nömrəli və Tərtər rayonu, Xoruzlu kənd tam orta məktəblərinin tikintisində çalışan işçi heyət üçün maarifləndirmə tədbirləri keçiriblər.

Tədbirlərdə tikinti-quraşdırma işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydaları, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri yanğın təhlükəsizliyi tədbirləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, işçi heyətə ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər