2 Noyabr 2014 23:48
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı yol polisi paytaxtda çiskinli və yağmurlu hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

Teleqraf.com-un məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, yağışlı və çiskinli hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər.

V.Əsədov deyib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur: "Sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işlənməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqət yetirilməlidir”.

Qeyd edək ki, Azərbaycan sinoptikləri noyabrın 5-ə qədər ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini açıqlayıb.


Müəllif:

Oxşar xəbərlər