3 İyun 2021 16:03
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpası həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.

Onun sözlərinə görə, Ağdam rayonunda yerləşən Xaçınçay su anbarının 22 milyon kubmetr su tutumu var: "Ermənilər işğal dövründə anbarı dağıdıblar. Ancaq qısa müddət olmasına baxmayaraq, biz bu su anbarında təmir və bərpa işləri aparmışıq. Biz orada suyun toplanmasını qısa müddətdə həyata keçirmişik. Hazırda Xaçınçay su anbarında 20 milyon kubmetr su toplanıb və orada qiymətləndirmə işləri aparılıb. İnanıram ki, bu su anbarında təmir və bərpa işləri bu ilin sonuna qədər başa çatdırılacaq. Füzulidə Köndələnçayın üzərində 3 su anbarı mövcuddur. Orada təmir və bərpa işləri aparılıb. Su anbarlarından birində 2,1 milyon, ikincisində 2,5, üçüncüdə 9,5 milyon kubmetr su toplanıb. Həm Xaçınçay, həm də aşağı Köndələnçay anbarları vasitəsilə Ağdam və Füzuli rayonlarının ərazisi suvarma ilə təmin olunub. Ağdamın 300 hektardan, Füzulinin isə 100 hektardan yuxarı ərazisinə suyun verilməsi təmin edilib. Çalışacağıq ki, qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə meliorasiya və su təsərrüfatı komplekslərinin bərpasını həyata keçirək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər