"Ermənistanda yerləşən Qaçaran və Qafandağ mədən kombinatlarında formalaşan ağır metal tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır".
Teleqraf.com xəbər verir ki, bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, çaydan götürülən nümunələr fakt kimi beynəlxalq təşkilatlara təqdim edilib: "Bizə hər hansı cavab gəlməyib. Burada ikili standartlar tətbiq edilir. Azərbaycanda ekoloji terror haqqında beynəlxalq təşkilatlar susur.
Həmin mədənlərin idarəçiliyində Avropanın iki nüfuzlu şirkətləri durur. Onlar ekoloji standartları öz ölkələrində fərqli təqdim edirlər. Lakin digər ölkələrə gələndə həmin standartlar yaddan çıxır, buna göz yumulur".