6 İyun 2021 15:18
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Jurnalistlər İttifaqı Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən başsağlığı mətnində deyilir:

“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalist minaya düşərək həlak olub. Partlayış nəticəsində iki həmkarımız həlak olub - televiziya operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov. Rusiya Jurnalistlər İttifaqı həlak olanların ailələrinə və dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər