12 İyun 2021 16:00
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doktoranturalar yaradılan ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında dəyişiklik edilib.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, mövcud maddi-texniki bazasını, magistratura və doktorantura təhsil pillələri üzrə kadr hazırlığı sahəsində qazandığı təcrübəni nəzərə alaraq, AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə Biofizika (biologiya, tibb, fizika, texnika), Biokimya (biologiya, kimya, tibb, texnika, aqrar elmlər), Riyazi biologiya, bioinformatika (biologiya, riyaziyyat) ixtisasları üzrə doktoranturanın yaradılması və bununla bağlı Nazirlər Kabinetinin müvafiq Qərarının qəbul edilməsi məqsədəuyğun sayılır.

Qərarın qəbul ediməsi Biofizika İnstitutunda doktorant və dissertantların hazirlanmasının həyata keçirilməsinə imkan yaradır.

AMEA-nın Biofizika İnstitutunda AMEA-nın 2 müxbir üzvü, 4 elmlər dok­toru və 6 fəlsəfə dok­toru çalışır.

İnstitutun ən mühüm vəzifələrindən biri yeni elmi istiqamət olan biofizika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasıdır. 2017-ci ildən etibarən Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən magistratura pilləsi üzrə, eləcə də fəlsəfə və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə başlanılıb. Lakin İnstitutda doktorantura mövcud olmadığı üçün yüksəkixtisaslı kadrların hazırlanması işi AMEA-nın və respublikanın digər elmi müəssisələrində məqsədli sifarişlər əsasında həyata keçirilib. Bu da bir sıra hallarda kadr hazırlığını institutun tələbləri səviyyəsində həyata keçirməyə mane olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər