3 Noyabr 2014 19:04
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) qurumun adından yayılan xəbərləri təkzib edib.

DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, son günlər elektron mediada Məhərrəm ayı, xüsusilə Aşura günü ilə bağlı Dövlət Komitəsinin adından məqsədli şəkildə bəzi fikirlər yayılıb və həmin fikirlər Dövlət Komitəsinin rəsmi mövqeyi kimi müzakirəyə çıxarılıb.

Dövlət Komitəsi bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin [email protected] adında elektron poçt ünvanı yoxdur və bu ünvandan media qurumlarına göndərilən elektron məktublar Dövlət Komitəsinə aid deyil.

DQİDK-nın fəaliyyəti və konkret məsələlərlə bağlı mövqeyi barədə informasiyalar komitənin rəsmi internet saytından (www.scwra.gov.az) və mətbuat katibinin elektron ünvanından ([email protected]) yayılır.

Komitə media qurumlarından xahiş edir ki, digər elektron ünvanlardan daxil olan və mənbəyi məlum olmayan məlumatları komitənin mətbuat xidməti ilə dəqiqləşdirsinlər: "Əks təqdirdə, yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur. Eyni zamanda bildiririk ki, Dövlət Komitəsi tərəfindən müvafiq araşdırma aparılır və məsələ ilə bağlı zəruri tədbirlər görüləcək".


Müəllif:

Oxşar xəbərlər