4 Noyabr 2014 15:30
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Komitə yanında Dövlət Metrologiya Xidməti üçün metrologiyanı inkişaf etdirmək məqsədi ilə yeni binanın tikintisinə qərar verilib”.


Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuata konfransında, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov deyib.

O, hazırda xidmətin 6 laborotoriyasının mövcud olduğunu deyib: “Yeni binada isə 20-dən artıq laboratoriya olacaq ki, artıq onların tikintisi başa çatmaq üzrədir. Habelə gələn il yaradılacaq bu laboratoriyalar üçün avadanlıq alınacaq”.

Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulmaq üçün üzvlük haqqı ödənilməli olduğunu deyən O.Abbasov bunları qeyd edib: “Üzvlük haqqının müəyyən edilməsi hər bir ölkə üçün müxtəlifdir. Konvensiyanı imzalayan ölkələr quruma birbaşa üzv olurlar. Assosiativ üzv olan dövlətlər üçün üzvlükhaqqı məbləği bir il bundan öncə 5800 avro idi. Bu məbləğ cari il və sonrakı illər üçün isə 11580 avro olacaq. Həqiqi üzvlər üçün məsələn, Amerika, Kanada, Almaniya bir milyon, Fransa 700000 avro ödəyir. Bizim ölkənin isə hələ ki həqiq üzv olmadığı üçün bu quruma nə qədər pul ödəyəcəyi bilinmir”.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər