29 İyun 2021 21:14
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 961 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 238, ötən müddət ərzində isə ümumilikdə 3 740 432 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər