3 İyul 2021 23:59
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təəssüf ki, ölkə daxilində koronavirus pandemiyasının yenidən canlanması ilə qarşılaşırıq. “Delta” ştammı bütün ölkəyə yayılıb, beşinci dalğaya doğru gedirik. Xüsusilə, ölkənin cənubunda geniş yayılan bu mutant virusun daha böyük əraziyə keçməsinin qarşısını almalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Şurasının iclasında deyib.

Ruhani bildirib ki, virus iyunun 18-də keçirilən prezident seçkiləri zamanı daha çox yayılıb: “Yoluxmalar artdığı üçün qadağalar yenidən qüvvəyə minməlidir. Ölkədəki qırmızı, narıncı və sarı səviyyələr üçün qoyulan məhdudiyyətlər tətbiq olunacaq”.

Ruhani qeyd edib ki, bu çərçivədə ölkə daxilində qırmızı və narıncı səviyyədə olan 266 şəhərə bütün giriş və çıxışlar qadağan edilib: "Paytaxt Tehran qırmızı kateqoriyadadır, bu da ölkənin koronavirus riski reytinqində ən yüksək səviyyədədir".

Qeyd edək ki, İranda koronavirusa son 24 saat ərzində 8 min 341 nəfər yoluxub, 111 nəfər dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər