6 Avqust 2021 16:44
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 068 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 327 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 311 119, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 091 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 219 818 təşkil edir.


Müəllif: Teleqraf.com