6 Avqust 2021 18:38
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentə Rəfiqə xanımı 90 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif etdiyi üçün təşəkkürlərimizi bildiririk. Yubileyindən bir gün əvvəl belə bir xəbərin gəlməsi bizi çox sevindirdi”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Şərəf” ordeni ilə təltif olunan Xalq artisti Rəfiqə Axundovanın həyat yoldaşı Maqsud Məmmədov bildirib.

Onun sözlərinə görə, xəbəri eşidən yaxınları müxtəlif ölkələrdən zəng edib Xalq artistini təbrik ediblər.

Qeyd edək ki, Rəfiqə Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində təhsil alan xanım baletmeyster 20 il Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən isə baş baletmeysteridir.

Sabah Rəfiqə Axundovanın 90 yaşı tamam olur.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər