“Azərbaycanda koronavirusa yoluxan ağır xəstələrin sayında, həmçinin ölüm faizində artım müşahidə edilmir”.
Bunu Teleqraf.com-a Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin rəhbəri Pərviz Abubəkirov bildirib.
Nazirlik rəsmisi bunu ölkədə vaksinasiya prosesinin aktiv fazada davam etdirilməsi ilə əlaqələndirib: “Vaksinasiyanın tətbiq edilmədiyi günlərdə yoluxma və ölüm sayı ilə hazırki vəziyyətin müqayisəli təhlili göstərir ki, hazırda ölüm göstəricisi olduqca aşağıdır”.