8 Noyabr 2014 10:40
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda seminar-konfrans keçirilir.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı bildirib ki, bu tədbir Bakı ilə yanaşı, bölgələrdə də keçiriləcək.

Onun sözlərinə görə, Azərbaycan siyasi-iqtisadi cəhətdən inkişafı özünü göstərir: "Ancaq bu inkişaf milli mənəvi dəyərlər sistemində özünü göstərə bilmir. Ona görə də biz bu sahədə ciddi işlər həyata keçirməliyik. Bu gün Azərbaycandan kənarda milyonlarla azərbaycanlı yaşayır. Yerləşdiyimiz coğrafi məkandan asılı olaraq, ölkəmizdən kənarda yaşayan həmvtənlərimiz üçün Azərbaycan mayak rolunu oynamalıdır. Bu amil milli mənəvi dəyərlər sistemində də özünü göstərməlidir".

Tarixçi alim Yaqub Mahmudov qeyd edib ki, bu güm dünyada qloballaşma adı altında başqa proseslər gedir: "Üçüncü dünya müharibəsinin başlanmasından söz açırlar, ancaq mən hesab edirəm ki, bu müharibə artıq başqa şəkildə gedir. Belə bir şəraitdə öz dövlətimizin monolitliyini qorumaq üçün əlimizdən gələni etməliyik".

Y.Mahmudovun sölərinə görə, Qərb üçü İslam ən böyük maneədir:" Bu da ondan irəli gəlir ki, onlar vahid dil uğrunda hər bir addımı atırlar".

Tədbirdə millət vəkilləri Nizami Cəfərov, Fəzail Ağamalı, politoloq Mübariz Əhmədoğlu iştirak edib.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər