27 Avqust 2021 20:44
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda Türkiyə Silahlı Qüvvələri ilə birlikdə son günə qədər təhlükəsizliyi təmin etdik.

Teleqraf.com xəbər verir ki, bunu Əfqanıstandakı sülhməramlı qüvvələrimizin tərkibində xidmət edən və bu gün vətənə dönən baş leytenant Elmar İsmayılov deyib.

O bildirib ki, 2018-ci ildən sülhməramlı qüvvələrdə xidmət edir, bu il iyul ayından Əfqanıstanda xidmətini davam etdirib: "Əsasən, hava limanını mühafizə edirdik. Türkiyə Silahlı Qüvvələri ilə birlikdə son günə qədər oranın təhlükəsizliyini təmin etdik. Avqustun 15-də "Taliban" hərəkatı Əfqanıstan Respublikasını ələ keçirdikdən sonra ölkədə kütləvi təxliyə başlandı. Türkiyə hərbçiləri ilə birlikdə biz də bu təxliyəyə qoşulduq və vəzifəmizi layiqincə həyata keçirdik. Əhalini tam təhlükəsiz olaraq ölkədən təxliyə etdik, onları yemək və su ilə təmin etdik. Artıq missiyamız başa çatdığı üçün vətənə qayıtmışıq".

Qeyd edək ki, daha 20 nəfərdən ibarət Azərbaycan sülhməramlısı bu gün Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər