Uzun müddətli fasilədən sonra təhsil ənənəvi qaydada bərpa olunacaq.
Teleqraf. com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.
O bildirib ki, sentyabrın 22-dən etibarən birinci siniflərdə təhsil bərpa olunacaq.
Nazir qeyd edib ki, 29 sentyabr tarixindən isə V-IX siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.