Yeni dərs ili ənənəvi formada başlayır. Bu gün açıqlanmış qərara əsasən, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə digər siniflər və məktəbdənkənar müəssisələr həftədə beş dəfə olmaqla əyani tədrisə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev paylaşım edib.
Nazir paylaşımında ali, orta ixtisas və peşə təhsili müəssisələrində isə tədris 29 sentyabrdan etibarən əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcəyini xatırladıb: "Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün şəxsi gigiyena və təmizliyə riayət etmək, özünə və ətrafındakılara qarşı diqqətli davranmaq vacibdir".