10 Sentyabr 2021 10:01
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Şəhərsalma və Arxitertura Komitəsi İsmayıllı şəhərinin, Lənkəran rayonundakı Liman şəhərinin və Xaçmaz rayonundakı Xudat şəhərinin baş planlarının hazırlanması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Teleqraf.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "EL & EN" Firması, "İntegris" MMC və Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur ("Azərdövlətlayihə").

Qaliblərə müvafiq olaraq 178 min manat, 154 min manat və 168 min manat, ümumilikdə isə 500 min manat ödəniləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər