16 Sentyabr 2021 11:13
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə son 15 ildə 3500-dən çox yeni məktəb tikilib, əsaslı təmir olunub.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni məktəblərin təmiri ilə yanaşı regionlarda modul tipli məktəblərin tikintisi davam etdirilir:

"Ölkəmizdə 400-dən çox məktəb rayon və kəndlərdə yerləşir. Bunlar bizə sovet dövründən qalıb. O zaman məktəblər uyğun olmayan binalarda tikilib. Bundan sonra da xüsusi investisiya proqramına uyğun olaraq məktəblər müasir tələblər səviyyəsində əsaslı təmir olunacaq, lazım olan yerlərdə yeniləri tikiləcək. Ən ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi davam etdirilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər