Sosial Xidmətlər Agentliyi sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat yayılan məlumatlara münasibət bildirib.
Teleqraf.com-un xəbərinə görə, agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov feysbuk hesabında qeyd edib ki, sosial şəbəkələrdə və xəbər saytlarında Çingiz Aslanovun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir.
"Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib.
Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq", - agentlik rəsmisi vurğulayıb.