17 Sentyabr 2021 20:14
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 avqust 2020-ci ildə Teleqraf.com saytında "Masallıda məktəb binası bərbad durumda - Prezidentə müraciət/Foto" başlıqlı yazı dərc edilmişdi.

Masallı rayon Qızılağac kənd sakini Əhmədov Musa Salman oğlu Teleqraf.com-a müraciət edərək Sübhan Xəlilov adına 1 saylı tam orta məktəb binasının bərbad halda olduğunu, hətta təmirə yaramadığını bildirmişdi. Bunu sübut edən fotolar da saytımızda yerləşdirilmişdi.

1969-cu ildə tikilmiş məktəb binasının sökülərək yerində yenisinin tikilməsini vacib sayan M.Əhmədov saytımız vasitəsilə Prezident İlham Əliyevə, I vitse-Prezident Mehriban Əliyevaya və təhsil naziri Emin Əmirullayevə müraciət etmişdi.

Ölkə rəhbərliyi tərəfindən müraciətə müsbət yanaşılmış və 550 şagirdin təhsil aldığı və 35 müəllimin çalışdığı məktəb üçün yeni binanın tikilməsinə dair göstəriş verilmişdi.

Məktəb binası qısa müddət ərzində tikilərək istismara hazır vəziyyətə gətirilib. Artıq Qızılağac kəndinin uşaqları yeni dərs ilində sınıq-sökük, qəza vəziyyətində olan məktəbə deyil, müasir standartlara uyğun, sinif otaqları göz axşayan, geniş idman zalı olan təhsil ocaqlarına ayaq basacaqlar.

Kənd sakini Musa Əhmədov bu gün saytımızla əlaqə saxlayaraq öz minnətdarlığını bildirdi: "Mən kənd sakinlərinin adından bərbad halda olan məktəb binamızın yenidən tikilməsi üçün sizin sayt vasitəsilə ölkə rəhbərliyinə müraciət etdim. Ölkə rəhbərliyinin bu müraciətə həssas yanaşması və yeni məktəb binasının tikilməsinə dair göstəriş verməsi bizi çox sevindirdi. Mən ilk növbədə Teleqraf.com saytı və onun rəhbərliyinə təşəkkür edirəm ki, bizim müraciətimizi işıqlandırdı, problemimizin ölkə rəhbərliyinin diqqətinə çatdırılmasına mühüm rol oynadı. Eyni zamanda yeni təshil ocağının tikilməsinə göstəriş verən, bu prosesdə rol oynamış hər kəsə öz minnətdarlığımı bildirirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər