Ağdam rayonunda ərazilərdə minalardan təmizləmə işləri aparan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları rayonda faktaraşdırıcı missiya həyata keçirən nümayəndə heyətinə işğaldan azad edilmiş əzəli torpaqlarımızda işğal zamanı basdırılmış minalar, onların insan həyat və sağlamlığına yaratdığı təhlükə, eyni zamanda, minatəmizləmə prosesinin gedişatı, əldə olunan nəticələr və ümumi statistika haqqında məlumat veriblər.
Ombudsman Aparatından Teleqraf.com-a bildirilib ki, Ombudsman Səbinə Əliyeva, təsisatın əməkdaşları və ölkəmizdə səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Ombudsmanlar Assosiasiyasının nümayəndə heyətinin üzvləri ANAMA əməkdaşlarının əməyini yüksək qiymətləndirərək, onlara işlərində uğurlar arzu ediblər.
Ombudsman Səbinə Əliyeva ANAMA-nın bir sıra əməkdaşını işğaldan azad edilmiş ərazilərimizə təhlükəsiz qayıdışın təmin edilməsində göstərdiyi əvəzsiz və fədakar xidmətlərinə görə fəxri fərmanla təltif edib.