Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti Portuqaliyada keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil edir.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, “Peşə-ixtisas: regional universal mərkəzləşmə” mövzusuna həsr olunmuş tədbirin əsas məqsədi bu sahədə fəaliyyət göstərən müxtəlif ölkələrin gənclər təşkilatları arasında əməkdaşlığın qurulmasına dəstək verməkdir.
Tədbirdə 10 ölkədən 40-a yaxın ekspert iştirak edir. Səfər çərçivəsində iştirakçı ölkələrin nümayəndələrinin müxtəlif peşə ocaqlarına, universitetlərə və məktəblərinə, habelə əlilliyi olan gənclər üçün yaradılmış peşə təhsili mərkəzlərinə səfərləri nəzərdə tutulur.
Səfərin yekununda bir sıra təşkilatlarla peşə təhsili sahəsində əməkdaşlıq memorandumunun da imzalanması gözlənilir.
BƏXTİYAR